Fransa Baş nazirinin iqamətgahına hücum: “Kimdir günahkar?.." - VİDEO

media-hightechnic-468x90

Fransa Baş nazirinin iqamətgahına boyalı hücum olub.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, hücumu “Derniere Renovation” (“Son yenilik”) təşkilatının iki fəalı həyata keçirib.

Ekofəallar ölkə Baş nazirinin Parisdəki Matinyon sarayında yerləşən iqamətgahının girişindəki darvaza və divara narıncı boya atıblar.

Ekofəallar bununla hökuməti iqlim dəyişiklikləri problemlərinə daha həssas yanaşmağa, digər məsələlərlə yanaşı, istilikdən səmərəli istifadəni artırmaq üçün bütün yaşayış binalarının təmirinə çağırıblar.

Təşkilatın yaydığı videoda görüntülərdə 20 və 22 yaşlı iki gəncin saxlanma anı əks olunub. Onların əynində “Kimdir günahkar?” yazılmış köynəklər olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600