Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Fransa tərəfinin yaydığı bəyanata görə, Fransa biomüxtəlifliyə dair COP17 konfransına hazırlıq işlərində Ermənistanı dəstəkləyəcək.
“Prezident və baş nazir Ermənistanın 2026-cı ildə ev sahibliyi edəcəyi biomüxtəliflik üzrə COP17-yə hazırlığı müzakirə etməklə yekunlaşdırıblar. Dövlət başçısı qeyd edib ki, Fransa COP17-yə hazırlıqla bağlı Ermənistana lazımi dəstəyi göstərməyə tam hazırdır”, – Yelisey Sarayının bəyanatında deyilir./unikal
www.yenicag.az