!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fransa demokratiyadan başqa dövlətlərə təzyiq aləti kimi istifadə edir” - Baş redaktor

!Reklam – Yazi

“Demokratiya, söz və fikir azadlığı, sərbəst toplaşmaq hüququ kimi dəyərlər Fransaya yalnız başqa dövlətlərə təzyiq etmək üçün lazımdır. Bu ölkə demokratik dəyərlərdən başqa dövlətlərə təzyiq aləti kimi istifadə edir. Son illər bu ölkədə yaşananlar göstərir ki, əslində Fransa bu dəyərlərin ən çox tapdandığı ölkələr sırasındadır. Azərbaycan Dövlət Televiziyası əməkdaşlarına edilən hücum, onların kamerasının alınması və bu əməli törədənlərin hələ də aşkara çıxarılmaması faktı bunun daha bir konkret örnəyidir”.

Yenicag.az xəbər verir i, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı deyib.

O qeyd edib ki, bu hadisə Somalidə, Nigeriyada, lap elə Əfqanıstanın özündə baş versəydi, bunu hansısa formada izah etmək mümkün olardı:

“Çünki siyasi, iqtisadi, sosial böhran yaşayan bu tipli ölkələrdə belə hadisələrin baş verməsi az qala normal qarşılanır. Çünki bu ölkələrin hakimiyyətləri ölkəyə nəzarət etməkdə, prosesləri idarə etməkdə çətinlik çəkirlər. Amma axı bura Fransadır: “”Demokratiyanın beşiyi”, “bəşəri dəyərlərin çiçəkləndiyi”, “insan haqlarının gül açdığı” Fransa… Bəs nə baş verir orada? Küçələrə çıxıb haqq-ədalət tələb edən insanlara polis hücum edir, bir gənci vurub öldürür, minlərlə insanı həbs edir. Sonra da “naməlum şəxslər” hadisələri işıqlandıran jurnalistləri “tərksilah” edir, onlara xəsarət yetirir və hətta onları ölümlə hədələyirlər.

Bəs Emmanuel Makron haradadır? Bəs o nə deyir, hadisələrə hecə baxır? Xəbəriniz olsun ki, həmin gün Makron Fransadakı erməni diasporunun rəhbərləri ilə görüşüb və onlara söz verib ki, sonuna qədər Azərbaycana təzyiq edəcək və son nəfəsinə qədər ermənilərin maraqlarını müdafiə edəcək. Bərəkallah! Burda deyiblər ki, “özünə umac ova bilmir, başqasına əriştə kəsir””.

F.Şahbazlı qeyd edib ki, azərbaycanlı jurnalistlərin hücuma məruz qalması faktına indiyədək nə Fransa hökumətinin, nə də ki, Makronun ciddi bir reaksiyası ortada deyil: “Bu ciddi hadisəyə Fransanın Azərbaycandakı səfirinin dilucu bəyanatından başqa heç bir münasibət bildirilməyib. Bu fakt Fransanın demokratik dəyərlərə münasibətdə nə qədər riyakar mövqe tutduğunu bir daha ortaya qoyur”.

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv