Fransa Fələstin dövlətini tanıyacaq – Makron elan etdi

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Yaxın Şərqdə ədalətli və davamlı sülhə sadiqliyini əsas gətirərək Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

Yenicqg.az xəbər verir ki, Makron bu barədə rəsmi bəyanatla çıxış edərək sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında bu tarixi qərarı rəsmən elan edəcəyini bildirib.

“Bu gün təxirəsalınmaz prioritet Qəzzada müharibəyə son qoymaq və mülki əhaliyə yardım çatdırmaqdır. Sülh mümkündür. Biz dərhal atəşkəs, bütün girovların azad olunması və Qəzzaya kütləvi humanitar yardım tələb edirik. Eyni zamanda, HƏMAS-ın silahsızlaşdırılması, Qəzzanın təhlükəsizliyinin təmin edilməsi və yenidən qurulması da vacibdir”, – deyə Makron qeyd edib.

Fransa lideri həmçinin bildirib ki, Fələstin dövləti yaradılmalı, onun yaşama qabiliyyəti təmin olunmalıdır.

“Fransa xalqı Yaxın Şərqdə sülh istəyir. Bizim, israillilər, fələstinlilər, avropalı və beynəlxalq tərəfdaşlarımızla birlikdə sübut etməliyik ki, sülh mümkündür”, – deyən Makron bəyanatını “Biz sülhə nail olacağıq” sözləri ilə tamamlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600