Fransanın Baş naziri Eduar Filipp ölkədə dizel yanacağına verginin artırılması qərarını dayandıra bilər.
Yenicag.az xarici mətuata istinadən xəbər verir ki, baş nazir prezident Makronun təlimatı ilə yaxın saatlarda yanvarın 1-dən benzinə əlavə verginin tətbiqi ilə bağlı nəzərdə tutulan qərarın ləğv ediləcəyini açıqlayacaq. Qeyd olunub ki, bu qərar bir neçə ay müddətinə təxirə salına bilər.
Qeyd edək ki, benzin və dizelin qiymətinin qalxmasına etiraz əlaməti olaraq özlərini “sarı jiletlilər” adlandıran hərəkat üzvləri noyabr 17-dən bəri Fransa küçələrinə çıxıblar. Polislə nümayişçilər arasında toqquşma baş verib, yüzlərlə insan yaralanıb.
www.yenicag.az