Azərbaycanlı bankir Fransadakı villasını 17 milyon avroya satır - FOTO

media-hightechnic-468x90

“UNİBANK”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz Vilfanş bölgəsində yerləşən ultralüks “Floriana” illasını satışa çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

C, Həsnli qeyd edib ki, Malta vətəndaşlığı olan azərbaycanlı bankir villanı 17 milyon avroya satmaq niyyətindədir.

Onun sözlərinə görə,”Floriana” villası Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin, Almaniya və Rusiyanın lüks əmlak firmaları vasitəsilə təklif olunur.

“Villa “Art Deco” memarlıq üslubundadır, tam yenilənib və Cap Ferrat yarımadasına yuxarıdan baxan, çox üstün mövqedə yerləşir. Bu tip villalar bölgədə ən bahalı və nadir əmlaklar sırasındadır. “Villa Floriana” 1920–1930-cu illərin klassik, prestijli memarlıq üslubudur. Villa təpədə yerləşir, nəfəskəsən mənzərəsi, 360 dərəcəlik panoraması var, buradan həm gün doğumu, həm də gün batımı, əsrarəngiz liman və açıq dəniz görünür”, –  jurnalist bildirib.

Məlumata görə, villanın 2 600 m² torpaq sahəsi var, ətrafı tamamilə ağaclarla örtülüdür. Villanın hovuzu vizual olaraq dənizlə birləşir. Ərazisində 6 maşın üçün örtülü parkinq var. Villa hər biri dəniz mənzərəsinə açılan 4 yataq otağı olan 320 m²-lik əsas tikilidən və xidmətçi personal üçün nəzərdə tutulan evdən, həmçinin 160 m² sahəsi olan qonaq evindən ibarətdir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa