Fransa İsrailin Livandakı hərbi fəaliyyətini tənqid edib

media-hightechnic-468x90

Fransa Prezidentinin xüsusi nümayəndəsi Jan-İv Le Drian İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Beyrutun cənub rayonlarına intensiv zərbələr endirməsindən sonra onun Livandakı hərəkətlərini “qeyri-mütənasib” adlandırıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, bu barədə “TF1” telekanalına müsahibəsində bəyan edib.

Əvvəllər Fransanın xarici işlər naziri və müdafiə naziri olmuş Le Drian bildirib ki, bu cür hücumlar Livan ordusunun İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasını silahsızlaşdırma cəhdləri fonunda “şiə icmasını birləşdirə” bilər.

Onun sözlərinə görə, ötən həftə İsrailə zərbələr endirməklə və bununla da İranın tərəfində müharibəyə qoşulmaqla “Hizbullah” faktiki olaraq Livanın kartını deyil, İranın kartını oynayıb./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05