!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa parlamentinin deputatları Azərbaycana gəlir

!Reklam – Yazi

Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər.

Yenicag.az xəbər verir ki, nümayəndə heyətinə Andre Vilye, Bertran Sor, Jan-Lük Reitzer və digər deputatlar daxildir.

Onlar Bakıda keçiriləcək VI Humanitar Forumda iştirak edəcəklər.

Fransa parlamentində Fransa-Azərbaycan Dostluq qrupunun üzvü Andre Vilye Report-a bildirib ki, fransalı deputatların Azərbaycana bu səfəri iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar forumu oktyabrın 25-26-da baş tutacaq.

www.yenicag.az

1208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv