Fransa Senatı hökuməti qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Ümumulikdə 332 senatorun təmsil olunduğu Senatda səsvermədə 296 nəfər iştirak edib ki, onlardan sənədin lehinə 295, əleyhinə isə cəmi 1 nəfər səs verib.
“Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab vasitələrini, o cümlədən Azərbaycan siyasi liderlərinin əmlaklarının müsadirə edilməsi, eləcə də Azərbaycan qazının və neftinin idxalına dair qadağanın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırırıq”, – sənəddə deyilir.
Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.
Fransa Senatında Azərbaycan əleyhinə olan qətnaməyə mənfi yanaşan yeganə senator Natali Qule olub.
64 yaşlı millət vəkili ölkəmizi hədəfə alan qətnamənin əleyhinə səs verib./Oxu.az/