!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Ukraynaya yüzlərlə bomba verəcək - Makron açıqladı

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron Ukraynaya silah tədarükü məsələsini müzakirə etmək üçün fevralda Kiyevə səfər etmək niyyətində olduğunu açıqlayıb. 

Yenicag.az “AFP-yə istinadla xəbər verir ki, o, bu barədə Elize sarayında keçirilən mətbuat konfransında bildirib.

“Silah tədarükü və razılaşmaların yekunlaşması ilə fevralda Ukraynaya səfər etməyi planlaşdırıram. Mən bu mətnlər üzərində işin başa çatdığını elan edəcəyəm, bundan sonra haqqında danışdığım silahların tədarükünə başlanılacaq”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Paris Kiyevə 40 SCALP raketi və yüzlərlə bomba çatdırmağa hazırlaşır.

Makron, həmçinin Fransanın Ukraynaya “Caesar” özüyeriyən haubitsaları da daxil olmaqla, daha çox silah göndərməsinə imkan verəcək sənaye irəliləyişlərini açıqlayıb.

COP29

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv