Fransanın Nitsa şəhərindən baş vermiş terror aktında 2 Ermənistan vətəndaşı ölüb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Tiqran Balayan Ermənistanın Marseldəki Baş Konsulluğunun ölənlərin yaxınları ilə əlaqədə olduğunu deyib.
Nitsa şəhərində yerləşən erməni kilsəsinin pastoru Qriqor Xaçatryan ölənlərdən birinin 40 yaşlı qadın olduğunu bildirib. O, daha 3 erməninin yaralandığını söyləyib.
Hadisədə ölən digər Ermənistan vətəndaşının da qadın olduğu açıqlanıb.