Fransada film kimi OLAY: Çamadanda gizlənərək QAÇDI

media-hightechnic-468x90

Fransanın Lion şəhəri yaxınlığındakı Korba həbsxanasında inanılmaz qaçış hadisəsi baş verib. 20 yaşlı məhbus azadlığa buraxılan kamera yoldaşının çamadanında gizlənərək həbsxananı tərk etməyə nail olub.

Yenicag.az xəbər verir ki, hadisə cümə günü baş verib.

Adı açıqlanmayan məhbus cəzasını başa vuraraq sərbəst buraxılan yoldaşının şəxsi əşyaları ilə birlikdə hazırladığı çamadana girərək təhlükəsizlik yoxlamasından keçib və müəssisədən çıxıb.

Həbsxana rəhbərliyi hadisəni təsdiqləyib və rəsmi açıqlamada bildirilib:

“O, yoldaşının sərbəst buraxılmasından istifadə edib və çamadanda gizlənərək həbsxanadan çıxmağı bacarıb.”

Fransa Həbsxana İdarəsi şənbə günü rəsmi açıqlama yayaraq, hadisə ilə bağlı daxili araşdırmanın başladıldığını bəyan edib. Paralel olaraq, Lion prokurorluğu da hüquqi istintaq aparır.

Məlumata görə, qaçan məhbus mütəşəkkil cinayət işi üzrə istintaqda olan şəxsdir. Hazırda onun tapılması üçün genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600