Fransada prezident seçkilərinin nəticəsinə qarşı etirazlar - VİDEO
Fransanın Renn şəhərində etirazçılar Fransada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra şəhərin mərkəzində barrikadalar qurublar.
Yenicag.az-ın “France Bleu” radiosuna istinadən verdiyi məlumata görə, etirazlarda təxminən 250 nəfər iştirak edir.
Yayımlanan fotolarda zibil qutularının yandırıldığı əks olunub. Polislə etirazçılar arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları eyni zamanda nümayişçilərdən birini saxlayıblar.