Baş rejissor işdən AZAD OLUNDU: Mehriban Xanlarova TEATRA QAYIDIR?

media-hightechnic-468x90

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin vəzifəsindən getməsi tamaşaçıları düşündürən bir məsələni gündəmə gətirib.

Keçmiş baş rejissora görə uzun illər çalışdığı teatrdan uzaqlaşan tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova yenidən işinə qayıdacaqmı?

Yenicag.az-a açıqlamasında aktrisa sualımıza konkret cavab vermədi:

“Hələ ki müəmmalıdır, teatra qayıdıb-qayıtmayacağım barədə açıqlama vermək istəmirəm. Məndən sürpriz qərarlar ola bilər. Amma məni sevən, teatrdan getdiyim üçün üzülən, məyus olan, səhnəyə qayıtmağım üçün pirlərə gedib dua edən tamaşaçılarım qarşısında baş əyirəm. Onları çox sevirəm. Mən də onlar üçün, səhnə üçün çox darıxıram. Lakin bu suala dəqiq cavabım yoxdur”.

Xatırladaq ki, ərizə yazaraq “AzDrama”dan gedən aktrisa həmin vaxt Yenicag.az-a açıqlamasında bir halda teatra geri dönəcəyini bildirmişdi: “Mehriban Ələkbərzadə vəzifəsindən azad olunsa…”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa