Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron yekun debatda rəqibi, “Milli Cəbhə” partiyasının təmsilçisi Marin Le Peni məğlub edib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, BFMTV telekanalının sifarişi ilə “Elabe” araşdırma institutu tərəfindən keçirilmiş sorğuya əsasən, televiziya debatını izləyən tamaşaçıların 63%-i E.Makronu, 34%-i isə M.Le Peni dəstəkləyib.
Sorğuda 1314 respondent iştirak edib. E.Makron 64%-lıq dəstəklə həmçinin “Figaro” qəzetinin keçirdiyi sorğuda rəqibindən üstün olub.
Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan E.Makron və 21,3% səs toplayan M.Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.
Yeniçağ.Az
www.yenicag.az