Fransada sürücülərə pik saatlarda avtomobil sürmədikləri üçün pul ödəniləcək

media-hightechnic-468x90

Fransada sürücülərə pik saatlarda səfərlərdən imtina etmək üçün pul ödəniləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “The Connexion” nəşri məlumat yayıb.

Bildirilir ki, Fransanın şimalındakı Lil şəhəri “Ecobonus” adlı bir sxem üzərində işləyir. Belə ki, sürücülər pik saatlarda (söhbət 07:00-09:00 və 16:30-18:30 arasındakı dövrlərdən gedir) magistral yollarda sürməmək üçün əlavə iki avro gəlir əldə edəcəklər.

Sentyabrda bəzi yollarda nəqliyyatın hərəkətini asanlaşdırmaq yeni sxem sınaqdan keçiriləcək. Bunun üçün 5 min könüllü sürücü cəlb olunacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600