!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadan absurd “təhdid” MESAJI: “Nə edəcək, Azərbaycanla müharibəyə başlayacaq?” – Sabir Rüstəmxanlı

!Reklam – Yazi

“Azərbaycanın atdığı bütün addımlar konstitusiondur və beynəlxalq hüquqa uyğundur”.

Bu fikirləri Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycana ünvanlanan təhdidedici mesajına münasibət bildirən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilərin şivəninə baxmayaraq, son antiterror tədbirləri zamanı bir nəfər də mülki şəxs zərər çəkməyib:

“Bilirsiniz, indiki vəziyyətdə tək Fransa deyil, bir sıra ölkələrdən də Azərbaycana yönəlik öz aləmlərində təhdid mesajları verilir. Ancaq o bəyanatların nə hüquqi, nə də praktik əsası yoxdur. Fransa nə edəcək, Azərbaycana qarşı müharibəyə başlayacaq?

Onsuz da Fransa hazırda vaxtilə mövqe qazandığı ölkələri, xüsusilə də Afrika dövlətlərini tərk etmək məcburiyyətində qalıb. Azərbaycanın atdığı bütün addımlar konstitusiondur və beynəlxalq hüquqa uyğundur.

Hər halda, ermənilərin şivəninə baxmayaraq, son antiterror tədbirləri zamanı bir nəfər də mülki şəxs zərər çəkməyib. Azərbaycan yalnız legitim hərbi hədəfləri vurub. Yenə deyirəm, Fransanın da, başqalarının bu davranışları boşunadır”.

A.Zeynalov

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv