!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın İKİÜZLÜ SİYASƏTİ: “Makron hakimiyyətdən biabırçı şəkildə gedəcəksə...”

!Reklam – Yazi

“Fransanın neokolonializm siyasəti dənizaşırı müstəmləkələri ilə yanaşı, Afrikada etdiyi soyqırımları da unutmamağı vacib edir. Əlcəzairdə törədilən soyqırımı və vəhşiliklər milyona yaxın insanın məhv edilməsi ilə nəticələndi. İndi də Fransada həmin insanların kəllə sümükləri muzeydə saxlanılır. Bu, insanlıq tarixində indi də davam edən ən alçaq və biabırçı hadisələrdən biridir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi BMT hesabatında Fransanın miqrantlara və dənizaşırı ərazilərdə yaşayan insanlara qarşı hüquq pozuntuları ilə müşayiət olunan şiddət və güc tətbiq etməsi halları ilə yanaşı, rəsmi Parisin sözügedən məsələdə apardığı ikiüzlü siyasəti analiz edib.

Analitikin fikrincə, göründüyü kimi, Fransa bu tarixindən utanmır:

“Dənizaşırı kompaniyalarda baş verən hadisələr isə onu göstərir ki, Fransanın müstəmləkəçiliyində yaşamaq istəməyən kanak xalqı və digərləri müasir dünyada davam edən müstəmləkə siyasətindən qurtulmaq istəyirlər. Fransa isə onlara qarşı güc tətbiq edir, liderlərini həbs edir”.

Siyasi təhlilçi diqqətə çatdırıb ki, Fransanın neokolonializm siyasətini dünyaya göstərən Azərbaycan dövləti oldu:

“Məsələ onda deyil ki, Azərbaycanın fəaliyyəti həmin dənizaşırı bölgələrdə hələ nəticə verməyib. Azərbaycan, ilk növbədə, Fransanın həmin ərazilərdə yürütdüyü siyasətin mahiyyətini açıb dünyaya göstərdi. Fransanın “demokratik” imicinə güclü zərbə vurdu”.

Ekspert əmindir ki, Fransanın siyasəti, xüsusi ilə də Makronun dilini qısa etdi:

“Son parlament seçkilərində də məğlubiyyətin əsas səbəblərindən biri Emmanuel Makronun Fransa prezidenti kimi imicinin zədələnməsi oldu. Prezident Makronun hakimiyyəti dövrü Fransa dövlətinin ən uğursuz illəri oldu. Fransa Afrikadan qovuldu, eləcə də Afrikadan ildə əldə etdiyi beş yüz milyardlıq gəlirdən böyük ölçüdə məhrum oldu. Bundan sonra Fransa Afrikadan əldə etdiyi urandan məhrum olmaq qorxusu ilə Qazaxıstana üz tutmağa məcbur oldu ki, bu da son nəticədə Azərbaycandan tranzit səbəbindən asılı olmaq demək olacaq.

Görünən odur ki, Makron Azərbaycana qarşı apardığı siyasətin qurbanına çevrilir. Hesab edirəm ki, Makron hakimiyyətdən biabırçı şəkildə gedəcəksə, bu, Azərbaycanla apardığı qarşıdurmanın nəticəsi kimi ortaya çıxacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv