İzzət Bağırov: "Zəng edib verilişimə çağıranda şoka düşüb ki..."
“Bir dəfə də olmayıb ki, verilişimə gələn qonağa nəsə bir söz deyib qəlbini qırım”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “AfaqlaOnlar” verilişində deyib.
O, hətta münasibəti olmayan sənətçiləri də verilişinə dəvət etdiyini bildirib:
“Verilişim iki ildir davam edir. Bu iki il ərzində hələ bir dəfə də olmayıb ki, verilişimə gələn qonağa nəsə bir söz deyib qəlbini qırım, xoşagəlməz vəziyyət yaradım. Çünki o verilişimə – mənim evimə qonaq gəlib. Hətta münasibətim olmayan bir müğənnini zəng edib verilişimə dəvət edəndə, görmüşəm həmin adam şoka düşüb, çaşıb qalıb ki, İzzət məni verilişinə çağırıb. Sonra da deyib ki, qorxa-qorxa gəldim, veriliş bitənə qədər elə bilirdim nəsə xoşagəlməz söz deyəcəksən. Sənətdə olduğum 36 il ərzində həmişə çalışmışam bütün həmkarlarımla gözəl münasibət qurum. Buna da nail olmuşam”.
Nehru













