!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın neoimperialist siyasəti: “Bu dövlətlər mövqeyini açıq şəkildə ortaya qoymalıdır”

!Reklam – Yazi

“Fransanın dənizaşırı ərazilərinə, o cümlədən, Polineziyaya qarşı siyasəti ədalətsiz və haqsızdır. Bu isə onu göstərir ki, Fransa özünün çoxəsrlik və çoxillik siyasətini dəyişməyib, bunu davam etdirir. Bu isə işğalçılıq və müstəmləkəçilik siyasətidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, Fransanın Polineziyada və digər dənizaşırı torpaqlarda apardığı neoimperialist siyasətindən söz açıb.

Parlamentarinin sözlərinə görə. Fransa xalqların hüquqlarını pozmaq siyasətini davam etdirir:

“Bu gün Fransaya rəhbərlik edən Emmanuel Makron özünün ətrafındakı komandası ilə birlikdə çox qədim tarixə malik olan fransız xalqını bir növ rüsvayçı vəziyyətə salır. Demokratiya, sülh, insan haqları və azadlıqdan danışan fransızlar bu gün Makron kimi müstəmləkəçi və işğalçının rəhbərliyi altında yaşayırlar. Bu isə fransızlar üçün utancverici bir məsələdir”.

“Mənə elə gəlir ki. Fransa xalqı əsarət altında boğulan millətlərlə öz həmrəyliyini göstərərək, səslərini Makrona qarşı qaldırmalı və onu Fransa rəhbərliyindən kənarlaşdırmalıdırlar. XXI əsrdə Fransa bu gün təkcə Yeni Kaledoniyada yox, bir sıra Afrika dövlətlərində də özünün müstəmləkəçilik siyasətini qorumaqda davam edir. Makron hələ utanmaz-utanmaz Yeni Kaledoniyaya səfər etdi və orada həyasızcasına bəyan etdi ki, arxipelaqa yeni hərbi qüvvələr göndəriləcək. Yəni Makron deyir ki, Fransa müstəmləkəçi, işğalçıdır və heç bir qayda-qanuna tabe olmur”, – deyə o, əlavə edib.

E. Məmmədov hesab edir ki, bu məsələdə Makron siyasətinə qarşı, ilk növbədə, çıxan BMT olmalıdır:

“Əgər bu təşkilat müstəqildirsə və həqiqətən də öz nizamnaməsinə uyğun qərarlar qəbul edə bilirsə, elə BMT öz səsini burada qaldırmalı və Fransaya qarşı islahedici qərar qəbul etməlidir. Necə ki Azərbaycan bu məsələdə öz mövqeyini bildirirsə, başqa dövlətlər də Fransaya qarşı mövqelərini açıq şəkildə ortaya qoymalı və Fransanı rüsvayedici, yaramaz hərəkətlərdən çəkindirməlidirlər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv