Fransızlara BÖYÜK ZƏRBƏ: “Avropanın mülki missiyanın qalması sülh prosesinə maneədir”

media-hightechnic-468x90

“Avropa İttifaqının Ermənistandakı mülki missiyası əslində Fransa, yəni Makron layihəsi idi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

O, Fransa Prezidenti Emmanuel Makronun Aİ-nin mülki missiyası adı altında Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Azərbaycanla münasibətləri gərginləşdirmək planının iflasa uğramasından danışıb.

Politoloq bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının geri çağırılmasının vaxtı artıq çatıb:

“Vaşinqtonda əldə olunmuş razılaşmalar bir çox məsələləri dəyişdi. İndiyədək bir çoxu tərəfindən “sülh naminə” atılmış bəzi addımların əslində gərəksiz olduğunu göstərdi və yeni perspektivlər açdı. Həmçinin Vaşinqton razılaşması bəzi məsələlərin bu günə qədər zərərli rol oynadığını bir daha ortaya qoydu. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı qəbul olunmuş qərar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda həmin razılaşma Avropa İttifaqı missiyasının da Ermənistandakı fəaliyyət müddətinin başa çatdığını bir daha təsdiqlədi. Yaxşı bilirik ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası əslində Fransa, yəni Makron layihəsi idi. Burada söhbət, Avropa İttifaqı bayrağı altında “sülh gətirmək” adı ilə Fransanın bölgəyə hərtərəfli daxil olması planlarını reallaşdırmaqdan gedirdi”.

Onun fikrincə, missiyanın yarandığı ilk gündən bu günə qədərki fəaliyyətini izlədikdə bütün mərhələlər bunu sübut edir:

“Əvvəlcə onun iki aylıq müddətdə fəaliyyət göstərəcəyi razılaşdırılmışdı, lakin bu qayda pozuldu. Sonradan iki illik müddətə qədər uzadıldı. İlkin mərhələdə yalnız mülki şəxslərdən ibarət olması nəzərdə tutulmuşdu, amma gələn kimi başqa forma aldı keçmiş hərbçilər də tərkibə daxil edilməyə başlandı. Missiya sərhədlərdə atəşkəs rejiminə nəzarət adı altında, əslində, Azərbaycanla bağlı kəşfiyyat məlumatları toplamaqla məşğul oldu. Əvvəlcə əldə olunan razılaşmaya əsasən, missiyanın gəldiyi nəticələr həm Azərbaycana, həm də Ermənistana təqdim olunmalı idi. Lakin bu qayda da pozuldu və ümumiyyətlə Azərbaycanla əməkdaşlıqdan imtina edildi”.

Müsahibimizin fikrincə, bütün bunlar göstərir ki, Avropa İttifaqı missiyası artıq zərərli rol oynamağa başlayıb:

“Onun fəaliyyəti təhlil ediləndə aydın olur ki, missiya özünü doğrultmayıb və bundan sonra qalması sülh prosesinə əlavə maneələr və problemlər yarada bilər. Ermənistan isə onun qalmasında maraqlıdır, çünki söhbət onun müttəfiqi Fransa və Makronun layihəsindən gedir. Hətta sülh sazişi maddələri hazırlanarkən Ermənistanın baş naziri Nikol Paşinyan belə bir məsələ qaldırmışdı ki, Avropa İttifaqı missiyasının bölgədə fəaliyyətini davam etdirməsi üçün müəyyən razılaşmalar əldə edilsin. Lakin Azərbaycanın qəti mövqeyi nəticəsində sülh sazişində mülki missiya ilə bağlı heç bir qeyd yer almadı”.

Həmsöhbətimizin fikrincə, Paşinyan çalışırdı ki, missiyanın sərhədlərdə “üçüncü qüvvələrin təmsilçiliyi” demək olmadığını qəbul etdirsin:

“Amma sülh sazişinin mətni açıq şəkildə bildirir ki, sərhədlərdə üçüncü hərbi qüvvələrin təmsilçiliyinə ehtiyac yoxdur. Saziş imzalanmaq üzrədir və orada üçüncü tərəfin hərbi strukturlarının qalması qadağan edilir. Beləliklə, sənəddə Avropa İttifaqının mülki missiyasının vaxtından əvvəl Ermənistandan çıxarılması bir daha dəstəklənir. Vaşinqtonda imzalanmış sənədlər də göstərir ki, bu missiyanın Ermənistanda saxlanılması artıqdır. Ermənistan nə qədər tez onu çıxarsa, bölgədə sülhə bir o qədər töhfə vermiş olar”.

Nəsimi Ələsgərli

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa