Fransızların icazəsiz Qarabağ səfəri: Azərbaycan daha hansı addımı atmalıdır? - ŞƏRH

media-hightechnic-468x90

“Qarabağa səfər etmək üçün ilk öncə Azərbaycan hüquqları çərçivəsində hərəkət etmək lazımdır”.

Bu sözləri Fransa prezidentliyinə namizəd Valeri Pekrezin Qarabağa səfərinin Fransa-Azərbaycan münasibətlərinə təsirlərini dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilərə daim dəstək olan Fransa tərəfinin məlum addımına görə nota ilə yanaşı, ölkəmiz tərəfindən ciddi xəbərdarlıq edilməsinə ehtiyac var:

“Fransada prezident seçkiləri yaxınlaşır və namizədlərdən olan Valeri üstünlük əldə etmək üçün publika manipulyasiyası strategiyasını işə salıb. Fransa idarəçiliyində erməni lobbisinin güclü təsirə malik olduğunu, əhali arasında bu etnik qrupun çoxluq təşkil etdiyini nəzərə alsaq, Valerinin atdığı addımın səbəbi aydın görünür. Bütün hallarda bu məsələdə Azərbaycan tərəfi Fransaya bir mesaj verməlidir. Həmçinin təkcə Fransa deyil, Fransa tipindən olan digər dövlətlərə də açıq şəkildə bəyan edilməlidir ki, Qarabağa səfər etmək üçün ilk olaraq Azərbaycan hüquqları çərçivəsində hərəkət etmək lazımdır. Bu hüquqları gözardı edən hər kəs beynəlxalq hüququn müddəalarına zidd hərəkət etmiş olar və haqlı tərəf olaraq, Azərbaycan da layiqincə adekvat cavab verə bilər”.

Gülşən Şərif

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600