!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FULL Energy"inin bayağı və erotik reklamı: Əxlaqsızlıq təbliğ edilir - VİDEO/FOTOLAR

!Reklam – Yazi

“FULL Energy” içkiləri reklamları ilə tənqid obyekti olub.

Yenicag.az xəbər verir ki, adıçəkilən enerji içkisinin istehsalçısı da məhsulunun piarı istiqamətində əndazəni aşan şirkətlər sırasına qoşulub. Belə ki, “FULL Energy”nin sonuncu reklam çarxı sosial şəbəkələrdə ciddi tənqidə səbəb olub.

İstehsalçı şirkət məhsulunu bazarda təsdiqləmək üçün çıxarmadığı hoqqa qalmayıb desək, yanılmarıq. Açıq-saçıq qızların foto və videolarını çəkərək, diqqət cəlb etmək istəyirlər. Bəlkə də fərqində deyillər, əxlaqsızlığı təbliğ edirlər. Öz qazanclarını artırmaq üçün çirkin piarla məşğul olurlar. Minlərlə manat xərcləyərək, tanınmış simalardan istifadə eləməklə, daha çox kütləni ələ almaq istəyirlər.

Təəssüflə qeyd edək ki, “FULL Energy” istehsalçısı tanınmış müğənni Miri Yusifi də öz çirkin piarına qoşmağı bacarıb. Reklam siması kimi təqdim olunan müğənninin də çəkildiyi reklam çarxı isə yuxarıda qeyd etdiyimiz kimi, əxlaqsızlığın təbliği kimi qiymətləndirilir. Adıçəkilən müğənni videoçarxın birində soyunaraq özünü hovuzda iki qızın ortasına atır, “FULL Energy” içkisini tərifləməyə başlayır. Görüntüdən belə təəssürat yaranır ki, bu içkini içən adam ehtiraslanır və ona qadın lazım olur. Yəni bu qədər açıq-saçıq təbliğat aparılır.

Müğənninin tumanda, lüt bədənlə iki qızın ortasında enerji içkisini bəh-bəhlə tərifləməsi səhnəsi bizim mentalitet üçün nə dərəcədə doğrudur, onu anlaya bilmirik. Qızların məmədanda olması isə başqa bir rəzillikdir. Şüarlar isə “Full iç, “full” yaşa!”dır. Sanki avara həyatın təbliğatı aparılır. Reklama baxanda enerji içkisindən çox orada çəkilən qızların intim yerləri adamı cəlb edir.

Enerji içkisinin sosial şəbəkələrdəki reklamı isə lap biabırçıdır. Belə ki, “FULL” enerji içkisinin səhifə adminləri reklam paylaşımında bir qızın arxasını çəkib, cibinə də “FULL” içkisini qoyublar. Kommentlərdə bu cür reklamları pisləyənlərə də rast gəldik. Qeyd edək ki, 1 saat ərzində tənqidlərdən sonra silinib.

 

Hər şey bir tərəfə, “FULL” şirkəti təşkil etdiyi partidə də çılpaq qızlardan istifadə edib. Hovuzda çimən qızlar, bir növ gələn qonaqları əyləndirib, rəqs ediblər.

Miri Yusifin çəkildiyi epizodlarda isə maraqlı məqam da var. Belə ki, müğənni boks zalında məşq edən bir neçə gəncin yanında “FULL” içkisinin reklam edib. Məşq edən idmançının enerji içkisi içməsi nə dərəcə doğrudur, təəccüblüdür. Lakin tanınmış idmançıların fikirlərinə əsaslansaq, bu cür içkilərin istər məşqdən əvvəl, istərsə də sonra içməsi dügün hesab edilmir. Reklam haqqında qanuna görə isə bu cür təbliğat yanlışdır. Avropanın bir çox şəhərlərində enerji içkilərinin satışı qadağan olunub. Bu cür içkilərin çox qəbulu insan orqanizmi üçün fəsadlar yarada, bir çox hallarda ölümə səbəb ola bilər.

Reklamlardakı yanlışlıqlar, pis vərdişlərin təbliği belə bir şüarı ortaya çıxarır: “FULL” içməyək, sağlam yaşayaq”./AFN/

www.yenicag.az

1696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv