Futbolçu məktəbi 28 yaşında bitirdi
Madridin “Real” və İspaniya millisinin müdafiəçisi Serxio Ramos 28 yaşında, nəhayət orta məktəbi bitirib. Futbolçu ekologiya və biologiyadan imtahan verəndən sonra attestat alıb. Ramos məktəbi 2004-cü ildə buraxaraq “Sevilya”nın əsas komandasında oynamağa başlayıb. 2005-ci ildə “Real”a keçib. Ramos bütün bu illərdə zaman-zaman imtahan verib.
Ramos Avropa və dünya , üçqat İspaniya çempionudur. O həm də iki dəfə ölkə kubokunu, İspaniyanın superkubokunu, Cemionlar Liqasının və Avropa superkubokunu qazanıb.
(modern.az)