Futbolçu yol qəzasında öldü

media-hightechnic-468x90

87099Almaniyanın “Volfsburq” futbol klubunun yarımmüdafiəçisi, Belçika millisinin üzvü Junior Malanda yol-nəqliyyat qəzasında ölüb.

Polis qəza səbəbi kimi leysan yağışı və güclü küləyin fonunda sürət həddinin aşılmasını göstərir. Hadisə zamanı futbolçu avtomobilin arxa oturacağında olub.

Malanda “Volfsburq” bazasına oradan da Cənubi Afrikada məşq düşərgəsinə yola düşmək üçün gedirmiş.

Sürücü idarə etməni itirərək maşını yol kənarındakı ağaca çırpıb.

Malanda hadisə yerində ölüb, iki sərnişin xəstəxanaya yerləşdirilib(ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600