“Galatasaray” portuqaliyalı ulduzun DALINCA DÜŞDÜ – “Cimbom” kisənin ağzını AÇIR

media-hightechnic-468x90

Türkiyənin “Galatasaray” klubu 2025/26 mövsümü üçün heyətini gücləndirmək istiqamətində iddialı addım atmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, üst-üstə üçüncü, ümumilikdə isə 25-ci dəfə Türkiyə çempionu olan İstanbul təmsilçisi qarşıdakı mövsümdə Avropa arenasında uğur qazanmağı qarşısına məqsəd qoyub. Bu məqsədlə “Cimbom” İngiltərənin “Manchester City” klubunda çıxış edən ulduz yarımmüdafiəçi Bernardo Silvanı transfer etməyə çalışır. Məlumata görə, “Galatasaray” rəsmiləri artıq portuqaliyalı futbolçunun nümayəndəsi ilə əlaqə saxlayıblar.

Bildirilir ki, son vaxtlar istədiyi formada çıxış edə bilməyən Bernardo Silva bu transfer ideyasına müsbət yanaşır. Onun “Manchester City” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Bernardo Silva cari mövsümdə 49 oyuna çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Göycə Göycəyev

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600