Gədəbəydə iki piyada vurulub

media-hightechnic-468x90

çççGədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka yolunun 3-cü kilometrliyində baş verib.

Rayonun Parakənd kənd sakini, 28 yaşlı Rüsət Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Gədəbəy rayon Yenikənd kənd sakini 51 yaşlı Həmid Hüseynovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Digər yol-nəqliyyat hadisəsi isə rayonun Xarxar kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 12 yaşlı Elvin Həsənovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hər iki fakt üzrə Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600