Gəmilərin Qara dənizə çıxışı üçün marşrut dəyişdirildi

media-hightechnic-468x90

Rusiya hərbçiləri xarici gəmilərin Ukraynanın Qara dəniz limanlarını tərk edə biləcəyi humanitar dəhlizin uzunluğunu dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

Mizintsevin sözlərinə görə, bu addım xarici gəmilərin Odessa, Nikolayev, Çernomorsk, Xerson, Oçakov və Yujnı limanlarından açıq dənizə təhlükəsiz çıxışını təmin etmək üçün atılıb.

Bildirilib ki, daha öncə dəhliz üç millik zolaqla 80 mil uzunluğunda idi, hazırda isə 139 mil təşkil edir.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa