Super Liqa: “Fənərbağça” “Kocaelispor”u məğlub etdi
Türkiyə Super Liqasında XX tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, son gün bir qarşılaşma baş tutub.
“Fənərbağça” səfərdə “Kocaelispor”un qonağı olub. İstanbul təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub edib – 2:0.
“Sarı-lacivərdlilər”inn heyətində qolları Dorgeles Nene və Marko Asensio vurublar.












