!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc jurnalist yüksək vəzifəyə təyin olundu

!Reklam – Yazi

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdilinin müvafiq əmri ilə Aysel Məmmədova birliyin katibliyinə Baş katib təyin edilib və katibliyin formalaşdırılması işi ona həvalə edilib.

Yenicag.az xəbər verir ki, Aysel Məmmədova 19 yanvar 1993-cü ildə Göyçay şəhərində anadan olub. Orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı orta məktəbdə, ali təhsilini isə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində alıb.

Aysel Məmmədova ictimai fəaliyyətə təhsil aldığı Sumqayıt Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri kimi başlayıb.

Təhsil aldığı illərdə ölkədə və ölkə hüdudlarından kənarda bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.

Bir çox layihələrdə təlimçi və moderator kimi fəaliyyət göstərib.

www.yenicag.az

1088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv