DÇ-2026-da oyunlar zamanı fasilə müddəti artırıla bilər
Növbəti il Kanada, Meksika və ABŞ-ın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatında yeni qayda tətbiq oluna bilər.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, oyunlar zamanı fasilə müddəti 15 dəqiqədən 20 dəqiqəyə qədər artırıla bilər. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) bununla bağlı təklif irəli sürüb.
Buna səbəb mundialın keçiriləcəyi ölkələrdə isti hava şəraitinin olmasıdır.
FIFPro-nun qaydasına görə, temperatur 28 dərəcədən yüksək olduğu halda matçlar təxirə salınmalı və ya başqa vaxta keçirilməlidir.
Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək təşkil olunacaq.