İran itkilərini yenilədi - Rəsmi

media-hightechnic-468x90

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri deyib.

O bildirib ki, Ədliyyə Tibb Təşkilatının son statistik məlumatına əsasən, 12 günlük müharibə zamanı 935 qurbanın şəxsiyyəti müəyyən edilib, onlardan 38-i uşaq və 102-si qadındır.

Təkcə Evin Həbsxanasına hücum nəticəsində əksəriyyəti məhbusların ailə üzvləri, yardım işçiləri və Evin Həbsxanasının əməkdaşları olmaqla 79 nəfər həlak olub.

Qeyd edək ki, İran 24 iyunda – atəşkəs əldə edildikdən sonra itkilərinin 606 nəfər olduğunu açıqlamışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05