Gənc qız vəhşicəsinə öldürüldü-Video
İstanbulun Ağsaray rayonunda 17 yaşında S. İ. adlı qız 2 naməlum şəxs tərəfindən zorlanıb.
Onlar qıza işgəncələr verib, ərazidən uzaqlaşıblar.
Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yeniyetmə qız sürücülər tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə dünən axşam saatlarında baş verib. Belə ki, S.İ işdən çıxıb evə gedərkən yolda 2 naməlum şəxs onu zorla avtomobilə mindirib. Sonradan onu boş əraziyə aparıb orada zorlayıblar.Cinayətkarlar izi itirmək üçün qızı öldürmək qərarına gəliblər. Bir neçə bıçaq zərbəsi alsa da, qız xoşbəxtlikdən sağ qalıb.
Hadisə ilə bağlı polis araşdırma aparır. Cinayətkarların tutulması istiqamətində müəyyən işlər görülür.