Gəncədə ev yandı

Gəncədə ümumi sahəsi 30 m² olan birmərtəbəli evin bir otağının döşəməsi 4 m² sahədə yanıb.

Yenicag.az-a FHN-dən verilən məlumata əsasən, həmçinin otağa yığılmış taxta qırıntıları 2 m² sahədə yanıb.

Qeyd olunur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.