Gəncədə evə tank mərmisi düşməsinə nazirdən REAKSİYA

media-hightechnic-468x90

Azərbaycan Müdafiə naziri Zakir Həsənov Gəncədə “Seyfəli” poliqonunda tank mərmisinin yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

Yenicag.az-ın məlumatına görə, nazir bildirib ki, “Seyfəli” sovet dövründən qalan bir poliqondur:

“Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və uçaraq evə düşüb. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa