Gəncədə gənclərlə görüş
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi və təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilib.
Məlumata görə, tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı mühüm rolu barədə danışıb.
Gəncə Dövlət Universitetinin tələbəsi Fariz İmamverdiyev GDU YAP Gənclər Birliyinin hesabatı ilə çıxış edib. O, ötən hesabat müddəti ərzində tələbələrin fəallığından, nailiyyətlərindən, ictimai və mədəni tədbirlərdə fəal iştirakından söhbət açıb.
Sonda Yeni Azərbaycan Partiyasına qəbul edilmiş bir qrup gəncə üzvlülük vəsiqələri təqdim edilib və xatirə şəkili çəkilib.