Gəncədə iki mərtəbəli ev yanıb
Gəncə şəhərində yaşayış evində yanğın baş verib.
Gəncə Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 13 radələrində şəhərin Zərrabı küçəsi, 4-cü döngə 1-ci dalan ev 4-də qeydə alınıb. Şəhər sakini, Şəfiqə Səmədovaya məxsus, hər mərtəbəsi 100 kvadratmetr olan iki mərtəbəli evin ikinci mərtəbəsi yanıb.
Alov üst mərtəbədə 2 otağı əşyaları ilə birlikdə yararsız hala salıb, bir otaq və dəhlizin isə tavan hissəsi yanıb.
Məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən avtomobil cəlb edilib və tezliklə alovun qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.