Gəncədə 68 yaşlı qadın döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Şeyx Bahəddin küçəsində yaşayan 1949-cu il təvəllüdlü Səfərova Lyudmila İsaq qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. L. Səfərovanın dediyinə görə, o, evdə oğlu tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Yeniçağ.Az
www.yenicag.az