Reklam: High Technic
hightechnic

Gəncədə partlayış - 14 yaşlı oğlan xəsarət aldı

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

www.yenicag.az

1286