Gəncədə partlayış: ev sahibi tanınmaz hala düşüb – Fotolar

Gəncədə mənzildə partlayış olub.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsindəki 9 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildə baş verib. Həmin ünvanda yaşayan, 1951-ci il təvəllüdlü Ulduz Hüseynova mənzildə qaz sobasını yandırarkən partlayış baş verib.

Nəticədə qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona başın, sifətin və hər iki əlin ağır dərəcəli yanığı diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.

Yenicag.az