Sürətli arıqlamanın SONU: İynələr kəsildikdən sonra "iştaha siqnalı" yenidən aktivləşir"

media-hightechnic-468x90

Çəki azaldan iynələri dayandıranda iştah yenidən yüksəlir

Yenicag.az xəbər verir ki, GLP-1 əsaslı arıqlama iynələri (Wegovy, Mounjaro) minlərlə insan üçün iştahı azaldaraq sürətli çəki itkisi yaratsa da, mütəxəssislər preparatlar dayandırıldıqdan sonra risklərin başladığını bildirirlər.

Həkimlərin müşahidələrinə görə, iynələr kəsiləndən bir neçə gün sonra “iştaha siqnalı” yenidən aktivləşir, güclü aclıq hissi yaranır və 1–3 il ərzində itirilmiş çəkinin 60–80 faizi geri qayıdır.

BBC-yə danışan Britaniya vətəndaşı Tanya Hall iynələri dayandıranda qısa müddətdə həddindən artıq yeməyə başladığını, Ellen Ogley isə dərmanı tədricən azaldaraq həyat tərzini dəyişməyin çəkinin qorunmasında həlledici rol oynadığını bildirib.

Mütəxəssislər vurğulayır ki, əsas problem dərmanı kəsmək deyil, “çıxış strategiyası”nın olmamasıdır. NICE tövsiyə edir ki, müalicədən sonra ən azı bir il qidalanma, fiziki aktivlik və psixoloji dəstək davam etməlidir. Əks halda arıqlama iynələrini dayandırmaq bir çoxları üçün çəki baxımından ciddi geriyə dönüş riski yaradır./BBC/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa