Gəncədə toyda 4 nəfəri bıçaqlayanlar saxlanıldı

media-hightechnic-468x90

Gəncədə toyda düşən mübahisə zəminində 4 nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.

O bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, dekabrın 9-da Gəncədə toy mərasimində mübahisə düşüb. Nəticədə adı hələlik açıqlanmayan Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600