Gənci birə dişlədi, əlləri və ayağı amputasiya edildi

media-hightechnic-468x90

ABŞ-nin Hyuston şəhərində yaşayan 35 yaşlı Maykl Kohlhof birə dişləməsindən sonra tif xəstəliyinə yoluxub. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qrip əlamətləri ilə təcili yardıma aparılan amerikalı gənc septik şoka girib və 11 gün reanimasiyada qalıb. Onun əlləri və ayağı amputasiya edilib.

Ev heyvanları saxlayan Maykla birənin elə onlardan təmas etdiyi ehtimal olunur. İlk vaxtlar yorğunluqla müşahidə olunan xəstəlik daha sonra irəliləyib.

Tifin simptomlarına qızdırma, titrəmə, əzələ ağrısı, iştahsızlıq və qusma daxildir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa