!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gənclər ölkədə qida sənayesinə dəstək üçün bir araya gəldi - FOTO

!Reklam – Yazi

Son zamanlardakı təkrar emal edilmiş ərzaq məhsulları istehsalında və istehlakına dinamik artım istehlakçıların sağlamlığını təhlükə altına alaraq piylənmə, ürək-damar xəstəlikləri və xərçəng kimi xəstəliklərin artmasına və cəmiyyətimizdə vaxtından əvvəl ölümlərə səbəb olur.

Yenicag.az xəbər verir ki, bu sahədə Azərbaycan da aktuallığını artırmışdır və bu məsələ Prezident İlham Əliyevin daim nəzarətindədir və bu istiqamətinbdə bir sıra kompleks addımlar da atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi qida təhlükəsizliyinə dair bir sıra qanunlar qəbul edilmiş, müvafiq sərəncamlar imzalanmış, icra mexanizmləri işlənilib hazırlanmışdır. Qısa müddət ərzində bu islahatları dəstəkləmək və həyata keçirmək üçün Qida Təhlükəsizliyi Agentliyi də yaradılmışdır.

Bir sıra xərçəng araşdırmaları tədqiqat mərkəzlərində xərçəngin təhlükəli formaları üzərində aparılmış araşdırmaların nəticələri göstərib ki, xəstəliyin yaranması səbələrindən biri də qeyri-sağlam qidalanma ilə əlaqədardır. Buna görə də qəbul etdiyimiz ərzaq məhsullarının keyfiyyətinə diqqət yetirməli və ekoloji cəhətdən təmiz məhsullara üstünlük verməliyik. Bu məhsulların tərkibində zərərli maddələrin miqdarı çox azdır və sağlamlığımıza təhlükə yaradacaq heç bir qatqı maddələrinindən istifadə edilmir. Qlobal səviyyədə son dövrlərdə geniş yayılmış orqanik məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır və hazırlanır. Dünya əhalisi arasında bu sahəyə maraq durmadan artıq və “eco-“, “bio-” və “orqanik” məhsullara daha çox üstünlük verilir.

Yaradılmış bu mühit sahibkarlıq baxımından öz bəhrəsini verərək bu sahədə fəaliyyət göstərən şirkətlərin işinə təkan vermişdir. Bu məsələyə daim dəstək vermək, cəmiyyətimizdə bu istiqamətdə aparılan işləri sürətləndirmək və təlqin etmək üçün artıq 3 ildir fəaliyyət göstərən, qida təchizatı sektorunda bir sıra mühüm və səsgətirən layihələrə imza atmış “SAnattura” MMC-nin (“SANATTURA Organics”) əsas fəaliyyət sferasıdır. İstehlakçıların ehtiyaclarını daim nəzərə alan “SAnattura” MMC idxal məhsullarında insan sağlamlığı faktorunu rəhbər tutaraq ölkəmizə dünyanın dörd bir yanından ancaq ekoloji cəhətdən sağlam, təmiz və məxsusi məhsullar idxal edir. İdxal olunan məhsullar, Avropa İttifaqı, ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrdə qəbul edilmiş ekoloji kənd təsərrüfatı və istehsal standartları əsasında yetişdirilən, yığılan, emal edilən və qablaşdırılan məhsullar artıq iki ildən çoxdur ki, şəhərimizin pərakəndə satış şəbəkələrində, mehmanxana və restoranlarda böyük rəğbətlə alınır.

COP29

www.yenicag.az

4880
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv