Gənclərdən “Xocalıya Ədalət” kampaniyasına dəstək

media-hightechnic-468x90

1424802560_gencxocali“Xocalıya Ədalət” kampaniyası çərçivəsində gənc liderlər “Xocalı Soyqırımı 23 il – Əsrin faciəsi yaddaşlarda” adı maarifəndirmə tədbiri təşkil ediblər.

Gənc politoloq Ramiz Alıyevin verdiyi məlumata görə, tədbirin məqsədi “Xocalıya Ədalət“ kampaniyasına dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltməkdir. Tədbir iştirakçıları Xocalı zoyqırımı haqqında iştirakçılara genış məlumat veriblər.

“Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.

İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir Bu tədbirin Ermənistan ilə Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli məsələsinə mühüm təsir göstərir Əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq.

Natiqlər eyni zamanda bəyan ediblər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya Ədalət” Kompaniyasının tərkib hissəsidir.
Sonda tədbir iştirakçılarına 2012-ci ildə politoloq Ramiz Aliyevin müəllifliyi ilə dərc olunan “The Voice of History” (Tarixin Səsi) adlı kitab paylanılıb(afn.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600