“Gənclərin dialoqda və demokratiyada rolu”-Fotolar
“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İB-də qonaq oldular
“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İB-də qonaq oldular.
“Gənclərin dialoqda və demokratiyada rolu” adlı layihədə Avropanın 11 ölkəsindən 30 gənc iştirak edir. Layihənin əsas məqsədi gənclərin dialoqda və demokratik proseslərə uyğunlaşması və təcrübə qazanmasıdır.
Layihədə iştirak edən gənclər “İRƏLİ”də qonaq oldular. “İrəli” İB Azərbaycanda ən böyük gənclər təçkilatı olduğundan, layihə iştirakçıları “İrəli”-nin təcrübəsi, İrəli haqqda məlumatlar aldılar.
Təqdimat “İRƏLİ” İB-in sədri Mirhəsən Seyidov tərəfindən aparıldı. Layihə iştirakçılarına “İRƏLİ” İB-in gördüyü işlər və layihələr haqqda geniş məlumat təqdim edildi. Təqdimat zamanı qonaqların müxtəlif sualları cavablandırıldı, maraqlı diskussiya aparıldı.
Qeyd edək ki, təqdimat zamanı qonaqlara “İRƏLİ”-nin fəaliyyət planı, yeni layihələr haqda geniş məlumat verildi.
Hollandiya, Portuqaliya, Avstriya, Rumıniya, Çexiya, Slovakiya, Gürcüstan, Belarusiya, Ukrayna, Böyük Britaniya və s. ölkələrdən olan təmsilçilər təqdimatdan sonra çay süfrəsinə qonaq oldular.