!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclərin xarici dil öyrənmədə yaşadıqları ÇƏTİNLİKLƏR: "Həvəssizlik, az vaxt ayırma, bunun məsuliyyətini hiss etməmə..."

!Reklam – Yazi

“Xarici dil öyrənə bilməməyin kökündə duran başlıca səbəb orta məktəblərdə xarici dil öyrənməyə həvəs və marağın az yaradılmasıdır”.

Bu fikirləri gənclərin xarici dil öyrənməkdə çəkdiyi çətinliklərdən danışan təhsil eksperti Rizvan Fikrətoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, öyrəndiyimiz xarici dildə oxuyub, danışıb, araşdırmalar aparmayanda həmin dil bir müddət sonra unudulur:

“Bu gün Azərbaycanda gəncin əsas problemlərindən biri xarici dil öyrənməməsi və ya öyrənə bilməməyidir. Xarici dil öyrənə bilməməyin kökündə duran başlıca səbəb orta məktəblərdə bu istiqamətdə həvəs və marağın az yaradılmasıdır.

Həvəssizlik, az vaxt ayırma, bunun məsuliyyətini hiss etməmə, xarici dili kortəbii mənimsəmək kimi amillər xarici dil öyrənmədə problemlərə səbəb olur. Bunun üçün xarici dilləri hələ uşaq yaşından mənimsəməli, bu istiqamətdə özümüzü daha da inkişaf etdirməliyik. Öyrəndiyimiz dildə danışıb, oxuyub, araşdırmalar aparmayanda həmin dil bir müddət sonra unudulur.

Nəzərə almaq lazımdır ki, xarici dil bilmək bizə şəxsi və peşəkar inkişafımız üçün xeyli üstünlüklər verir. İş axtaran şəxslər xarici dilin iş tələbləri arasında çox vacib bir meyar olduğunu bilir. Bir sözlə, ünsiyyət, karyerada irəliləmə, məlumatları orijinalından öyrənmə və digər məsələlər üçün xarici dil bilməyin rolu əvəzsizdir.

Boşuna deməyiblər ki, nə qədər dil bilirsənsə, bir o qədər sayda insansan, bir o qədər şəxsiyyət daşıyırsan. Ünsiyyət vasitəsi kimi hər hansı dili öyrənmək hər bir insan üçün əlçatandır. Burada şəxsi amil də önəmlidir. Hər şeyə qadir olan insan istədiyi dildə öyrənə və danışa bilər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv