Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olunub - FOTOLAR

“Bu kitab mərhum general Polad Həşimova həsr olunan hələ ki, yeganə sanballı kitabdır”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy deyib.

Kitabda Polad Həşimovun anası Səmayə xanımdan, qardaşı İlham bəydən, bacısı Kəmalə xanımdan, həyat yoldaşı Ofeliya xanımdan, qızı Aybəniz xanımdan götürülən müsahibələr də yer alır

O bildirib ki, “General Polad Həşimov xatirələrdə” kitabı üzərində böyük bir komanda çalışıb:

“Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı olan “General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının ortaq layihəsidir. Əlbəttə ki, bu kitabda xatirəsinin nəşr olunmasını istəyən şəxslər çox idi, çünki şəhid generalımızın uzun müddətlik xidmət dövründə kifayət qədər zabit yoldaşları, əsgərləri və ümumiyyətlə, tanışları çox olub. Amma biz kitaba təkrar faktlar əks olunan yazıların bədii cəhətdən ən sanballısını seçib daxil etdik. Kitabda “Polad Həşimov fotolarda” adlı bölmə var ki, orada generalımızın uşaqlıq illərindən tutmuş, həyatının müxtəlif anlarında çəkilmiş fotolar yer alıb. Mərhum generalımızın yaxınları, ailə üzvləri ilə də əlaqə saxladıq, onlardan prosesin xeyrinə tövsiyələr aldıq. Eyni zamanda, kitabda Polad Həşimovun anası Səmayə xanımdan, qardaşı İlham bəydən, bacısı Kəmalə xanımdan, həyat yoldaşı Ofeliya xanımdan, qızı Aybəniz xanımdan götürdüyümüz müsahibələr də yer alır. Ümumiyyətlə, bu kitab mərhum general Polad Həşimova həsr olunan hələ ki, yeganə sanballı kitabdır. Oxucular bu kitab vasitəsi ilə Azərbaycanın mərd oğlu, həqiqi cəsarət etalonu Polad Həşimovu daha yaxından tanıyacaqlar”.

S. Şahmursoyun sözlərinə görə, “General Polad Həşimov xatirələrdə” kitabının ilk 2000 tirajlıq nəşri pulsuz paylanılacaq:

“Kitabın hədiyyə kimi paylanılması şərtlərini tezliklə əhatəli şəkildə mətbuatda açıqlayacağıq. Əlbəttə, 2000 tiraj bütün Azərbaycan üçün çox kiçik rəqəmdir və sözsüz ki, hər kəsə kitab çatmayacaq. Amma biz çalışacağıq ki, kitab maksimum fərqli auditoriyaları əhatə etsin. Sıravi oxucular kitabı kitabevim.az mağazası vasitəsilə əldə edə biləcək”.

www.yenicag.az

261
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100