İstefada olan generallardan və fəaliyyətdəki hərbçilərdən sonra Fransanın 90-dan artıq sabiq polisi də prezident Emmanuel Makrona müraciət edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş polislər ölkədə sabitlik və təhlükəsizliklə bağlı vəziyyətin kəskinləşməsi haqda Makrona xəbərdarlıq ediblər.
Sabiq asayiş keşikçilərinin sözlərinə görə, ölkədə təhlükəsizliklə əlaqədar vəziyyət nəzarətdən çıxıb.
Müraciət müəllifləri bildiriblər ki, Fransanın bir sıra regionlarında qanunların heç bir gücü qalmayıb və “aqressiv azlıq” dövlət hakimiyyətini mənimsəməyə çalışır. Ona görə də “ölkənin təkrar geri qaytarılması üçün” təcili tədbirlər görülməlidir.
Xatırladaq ki, sabiq polislərdən öncə istefada olan generallar da Makrona analoji məzmunda müraciət ünvanlamışdılar. Bunun ardınca isə xidmətlərini davam etdirən hərbçilər istefada olan generallarla həmrəyliklərini bəyan etmişdilər.
www.yenicag.az