Politoloqdan İran–ABŞ razılaşması ilə bağlı ŞƏRH: “Trampın bəyanatları etimadın zəif olduğunu göstərir”

media-hightechnic-468x90

 

media-banner_tuq

“Trampın bəyanatları razılaşmanın tam etimad üzərində qurulmadığını ortaya qoyur.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq ABŞ–İran razılaşmasının pərdəarxası məqamlarını izah edib:

“ABŞ–İran arasında əldə olunan razılaşmanın taleyi ilk növbədə tərəflərin qarşılıqlı etimad yarada bilməsindən asılı olacaq. Tarix göstərir ki, Vaşinqton və Tehran arasında imzalanan sənədlər hüquqi baxımdan nə qədər güclü olsa da, siyasi etimad zəif qaldıqda uzunömürlü olmur. Bu baxımdan qarşıdakı 60 günlük mərhələ daha çox “sınaq dövrü” kimi qiymətləndirilə bilər. Əgər İran nüvə proqramı, raket fəaliyyəti və regional siyasətlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, proses daha davamlı format ala bilər. Lakin tərəflərdən hər hansı biri razılaşmanın ruhuna zidd addım atarsa, hazırkı sakitlik yenidən gərginliklə əvəz oluna bilər. Ona görə də bu gün üçün “daimi sülh”dən deyil, “kövrək sabitlik”dən danışmaq daha doğru görünür.

Donald Trampın son açıqlamaları da göstərir ki, Vaşinqton hərbi təzyiq kartını masadan götürməyib. Trampın “şərtlər yerinə yetirilməsə, bombardman yenidən başlaya bilər” mesajı əslində İranı razılaşmanın çərçivəsində saxlamağa hesablanmış təzyiq vasitəsidir. Bu ritorika bir tərəfdən ABŞ administrasiyasının kompromisə hazır olduğunu göstərsə də, digər tərəfdən razılaşmanın tam etimad üzərində qurulmadığını ortaya qoyur. Məhz buna görə yaxın aylarda əsas sual sənədin imzalanmasından çox, onun necə icra ediləcəyi olacaq. Yəni hazırkı mərhələ münaqişənin tam bitməsi deyil, daha çox onun idarə olunan formaya keçirilməsi kimi görünür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05